...

Əfqanıstanın iri şəhərində döyüşlər gedir

Dünya xəbərləri Materials 12 Avqust 2021 19:25 (UTC +04:00)
Əfqanıstanın iri şəhərində döyüşlər gedir

Bakı. Orxan Nəbiyev - Trend:

Əfqanıstanda "Taliban" hərəkatının silahlıları ölkənin qərbindəki Herat şəhərinə hücuma keçib.

Trend-in məlumatına görə, döyüşlər Herat əyalətinin qubernatorunun iqamətgahı yaxınlığında davam edir.

Qeyd edək ki, bu gün ölkənin qərbindəki Fərəh əyalətinin "Taliban"ın nəzarətinə keçdiyi bildirilib.

"Taliban" bu günədək Əfqanıstanın 34 əyalətinin 11-ə nəzarəti ələ keçirdiyini açıqlayıb.

Xəbər lenti

Xəbər lenti