...

Rusiyada sərnişin avtobusunda partlayış olub, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 13 Avqust 2021 01:35 (UTC +04:00)
Rusiyada sərnişin avtobusunda partlayış olub, ölən və yaralananlar var

Bakı. Trend:

Rusiyanın Voronej şəhərində sərnişin avtobusunda partlayış baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 18 nəfər xəsarət alıb. Hadisə yerinə gələn təcili tibbi yardım briqadaları onları xəstəxanaya çatdırıblar.

Bildirilir ki, xəsarət alanlardan biri xəstəxanada vəfat edib.

Məlumata əsasən, avtobusda qaz avadanlığı partlayıb. Müvafiq xidmətlər nəqliyyat vasitəsinə baxış keçirirlər, partlayışın bir neçə versiyası nəzərdən keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti