...

ABŞ-da məktəbdə atışma olub, yeniyetmə öldürülüb

Dünya xəbərləri Materials 14 Avqust 2021 06:56 (UTC +04:00)
ABŞ-da məktəbdə atışma olub, yeniyetmə öldürülüb

Bakı. Trend:

ABŞ-ınNyu-Meksiko ştatında yerləşən Albukerq şəhərində orta məktəbdə atışma nəticəsində ən azı bir şagird ölüb.

Trend TASS-a istinadən xəbər verir ki, hadisə nahar vaxtı iki tələbə arasında baş verib. Yeniyetmələrdən biri atəş açıb, nəticədə digəri həlak olub. Hər ikisinin təxminən 13 yaşı olduğu bildirilir.

Atəş açan şəxs saxlanılıb. Polis cinayətin səbəbini və yeniyetmənin silahı necə əldə etdiyini müəyyənləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti