...

Bayden amerikalıların Əfqanıstandan təxliyəsinin avqustun 31-dək başa çatacağına ümid edir

Dünya xəbərləri Materials 20 Avqust 2021 08:51 (UTC +04:00)
Bayden amerikalıların Əfqanıstandan təxliyəsinin avqustun 31-dək başa çatacağına ümid edir

Bakı. Trend:

ABŞ Prezidenti Cozef Bayden amerikalıların Əfqanıstandan təxliyəsinin avqustun 31-dək başa çatacağına ümid edir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

C.Sallivan bildirib: "Prezident Əfqanıstanı tərk etmək istəyən hər bir amerikalının Əfqanıstanı tərk etməsinin tərəfdarıdır. O ümid edir ki, buna 31 avqusta qədər nail ola bilərik".

ABŞ prezidentinin köməkçisi Əfqanıstanda olan amerikalıların dəqiq sayını açıqlamayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti