...

Yanğın riski səbəbindən 73 mindən çox "Chevrolet Bolt" elektrikli avtomobil geri çağırılır

Dünya xəbərləri Materials 21 Avqust 2021 06:47 (UTC +04:00)
Yanğın riski səbəbindən 73 mindən çox "Chevrolet Bolt" elektrikli avtomobil geri çağırılır

Bakı. Trend:

ABŞ-ın avtomobil korporasiyası "General Motors" Kanada və ABŞ-dan 73 mindən çox "Chevrolet Bolt" elektrik avtomobilini geri çağırır.

Trend-in məlumatına görə, bu barədə şirkətin saytında yerləşdirilən açıqlamasında bildirilib.

Məlumata əsasən, buna səbəb həmin avtomobillərin akkumulyatorlarında alovlanma təhlükəsinin olmasıdır.

""General Motors" könüllü olaraq "Chevrolet Bolt" elektrikli avtomobillərinin geri çağırılmasını genişləndirir ki, bu da Bolt EUV (elektrik avtomobil növü) də daxil olmaqla qalan 2019 və 2020-2022-ci il istehsalı olan avtmobillərə şamil olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti