...

Meksikada şəkər zavodu ərazisində partlayış baş verib

Dünya xəbərləri Materials 31 Avqust 2021 06:18 (UTC +04:00)
Meksikada şəkər zavodu ərazisində partlayış baş verib

Bakı. Trend:

Meksikanın şərqində yerləşən Verakrus ştatında yerləşən "Qloria" şəkər zavodu ərazisində bir neçə işçinin yaralanması ilə nəticələnən partlayış baş verib.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində regional ictimai təhlükəsizlik idarəsi bildirib.

Bildirilib ki, alınan ilkin məlumatlara görə, hadisə alkoqol istehsalı sahəsində baş verib: "Polis əməkdaşları yaralılara yardım göstərir".

Xəsarət alanların sayı və vəziyyəti ilə bağlı məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti