...

ABŞ və Ukrayna ticarət sahəsində Əməkdaşlıq Memorandumu imzalayıblar

Dünya xəbərləri Materials 2 Sentyabr 2021 05:19 (UTC +04:00)
ABŞ və Ukrayna ticarət sahəsində Əməkdaşlıq Memorandumu imzalayıblar

Bakı. Trend:

ABŞ Ticarət naziri Cina Raymondo və Ukrayna Baş nazirinin birinci müavini və İqtisadiyyat naziri Oleksiy Lyubçenko Vaşinqtonda anlaşma memorandumu imzalayıblar. Həmin memorandumda "ticarət sahəsində yenilənmiş əməkdaşlığı" üçün sahələr vurğulanıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ Ticarət Nazirliyindən bildiriblər.

Nazirlik qeyd edib: "Memorandumda ABŞ-ın Ukrayna ilə ticarət əlaqələrini genişləndirməyə kömək edə biləcək Ukraynanın öz ölkəsində iş və investisiya mühitini yaxşılaşdırmaq səylərinə ABŞ dəstəyi də qeyd olunub. Konkret tədbirlərə Ukraynanın korrupsiyaya qarşı mübarizəsinin gücləndirilməsi, məhkəmə sisteminin səmərəliliyinin və müstəqilliyinin artırılması, əqli mülkiyyət hüquqlarının müdafiəsinin gücləndirilməsi və korporativ idarəetmə islahatlarının həyata keçirilməsi daxildir".

Bildirilib ki, sənəddə iki ölkə arasında infrastruktur, kənd təsərrüfatı, müdafiə, səhiyyə və rəqəmsal iqtisadiyyat, eləcə də enerji ilə əlaqəli sənaye sahələri də daxil olmaqla "Ukraynanın ticarət üçün perspektivli sahələrdə iqtisadi transformasiyası" mövzusunda əməkdaşlıq nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti