...

Suriya HHM Qüvvələri İsrail Hərbi Hava Qüvvələrinin raket hücumunu dəf edib

Dünya xəbərləri Materials 4 Sentyabr 2021 03:37 (UTC +04:00)

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Suriya ərazisində yerləşən hədəflərə 24 raket atıb. Suriyanın hava hücumundan müdafiə qüvvələri 21 raketi məhv edib.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Suriyadakı Döyüşən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzi rəhbərinin müavini, kontr-admiral Vadim Kulit deyib.

V.Kulit bildirib: "Sentyabrın 3-də saat 01:30 radələrində Livan hava məkanından İsrail Hərbi Hava Qüvvələrinin F-15 4 taktiki qırıcısı Suriya Ərəb Respublikası ərazisindəki hədəflərə 24 idarə olunan raket atıb".

Onun sözlərinə görə, Suriya hava hücumundan müdafiə qüvvələri Rusiya istehsalı olan "Buk-M2E" və "Pantsir-S1" komplekslərindən 21 raket məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti