...

Liviya Prezident Şurasının rəhbəri milli barışığın başladığını rəsmən elan edib

Dünya xəbərləri Materials 7 Sentyabr 2021 06:46 (UTC +04:00)
Liviya Prezident Şurasının rəhbəri milli barışığın başladığını rəsmən elan edib

Bakı. Trend:

Liviya Prezident Şurasının rəhbəri Məhəmməd əl-Menfi ölkədə hərtərəfli milli barışıq layihəsinin başladığını rəsmən elan edib.

Trend-in məlumatına görə, bu barədə rəhbər orqanın "Facebook" səhifəsindəki açıqlamada bildirilib.

Bildirilib ki, Liviya daxili barışığın həyata keçirilməsi üzrə səylər çərçivəsində məhkəmə qərarları ilə müxtəlif cinayət işləri üzrə həbs edilən şəxslər azadlığa buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti