...

Rusiyada yaşayış binasında partlayış - Xəsarət alanlar var

Dünya xəbərləri Materials 8 Sentyabr 2021 10:28 (UTC +04:00)
Rusiyada yaşayış binasında partlayış - Xəsarət alanlar var

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyanın Moskva vilayətində yaşayış binasında qaz partlayış baş verib.

Trend-in məlumatına görə, Noginsk şəhərində qeydə alınan hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

Onlardan 5 nəfərinin xəstəxanaya yerləşdiriildiyi bildirilib. Partlayış nəticəsində yaşayış binasını bir hissəsi dağılıb. Dağıntılar altında bir neçə nəfərin qaldığı ehtimal olunur.

Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti