Bakı. Orxan Nəbiyev - Trend:
Pakistanın şimal-qərbindəki Xayber əyalətində leysan yağıntıları bir neçə yaşayış evinin çökməsinə səbəb olub.
Trend-in məlumatına görə, hadisə nəticəsində azı 14 nəfər həlak olub, daha 2 nəfər isə xəsarət alıb.
Həlak olanların böyük əksəriyyətinin qadın və uşaqlar olduğu deyilir. Qeyd olunur ki, bölgədə leysan iki günə yaxındır davam edir.
Fəlakət zonasına xilasedicilər və texnika göndərilib.