...

Meksikada avtobus bir neçə avtomobilə çırpılıb, ölənlər var

Dünya xəbərləri Materials 22 Sentyabr 2021 00:30 (UTC +04:00)
Meksikada avtobus bir neçə avtomobilə çırpılıb, ölənlər var

Bakı. Trend:

Meksikanın Halapa şəhərində (Verakrus ştatı) avtobus 5 avtomobilə çırpılıb.

Trend-in məlumatına görə, bu barədə Fövqəladə Hallar üzrə Regional İdarənin "Twitter" səhifəsində deyilir.

Bildirilir ki, yol qəzası nəticəsində 2 nəfər həlak olub, 14 nəfər isə xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar, onların vəziyyəti barədə məlumat verilmir.

İlkin məlumata əsasən, qəzaya səbəb avtobusun əyləc sisteminin sıradan çıxması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti