...

ABŞ-ın iri aviaşirkəti vaksin olunmayan əməkdaşları işdən azad edəcək

Dünya xəbərləri Materials 29 Sentyabr 2021 11:48 (UTC +04:00)
ABŞ-ın iri aviaşirkəti vaksin olunmayan əməkdaşları işdən azad edəcək

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ-ın "United Airlines" aviaşirkəti COVID-19 infeksiyasına qarşı vaksin olunmaqdan imtina edən əməkdaşları işdən çıxaracağını bildirib.

Trend-in məlumatına görə, bu barədə şirkətin prezidenti Brett Hart və baş direktoru Skott Kirbinin birgə bəyanatında deyilir.

Qeyd olunur ki, ümumilikdə 600-ə yaxın əməkdaş vaksin olunmaqdan imtina edib. Məlumata əsasən, şirkət onların azad edilməsi prosesini işə saldığını elan edib.

"United Airlines"ın açıqlamasında bu günədək əməkdaşların 99 faizinin vaksinasiyadan keçdiyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti