Bakı. Trend:
BMT Baş Assambleyasının 76 -cı sessiyasının sədri Abdullah Şahid 2022 -ci ilin sonuna qədər bütün əhalini koronavirusa qarşı peyvənd etmək üçün dünya ictimaiyyətini birləşdirmək niyyətindədir.
Trend-in məlumatına görə, o, müvafiq təşəbbüsü BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinin yekunlarına həsr olunmuş mətbuat konfransında açıqlayıb.
A.Şahid qeyd edib: "Vəzifəmdən istifadə edərək hamını birləşdirmək niyyətindəyəm. Mənim məqsədim hamımızın 2022 -ci ilin sonuna qədər bütün dünya əhalisinin peyvənd edilməsi ilə bağlı daha ümidverici bir zaman cədvəlinə gəlməyi təmin etməkdir".