...

İranda daha 217 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 2 Oktyabr 2021 14:58 (UTC +04:00)
İranda daha 217 nəfər koronavirusdan ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 217 nəfər koronavirusdan (COVID-19) ölüb, 10 135 nəfər yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 120 880 nəfərə,

yoluxanların sayı isə 5 611 700 nəfərə çatıb. Virus daşıyıcılarından 5 802 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 5 075 482 nəfər koronavirusdan sağalıb, 32,4 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 56,5 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 40 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 16,5 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 16 rayon qırmızı, 198 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 176 rayon sarı zona hesab olunur.

Twitter:@BaghishovElnur

Məqalədə:
Xəbər lenti

Xəbər lenti