Bakı. Trend:
Braziliyada 5,9 bal gücündə zəlzələ baş verib.
Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Tarauaka şəhərindən 166 kilometr cənub-qərbdə, ocağı isə 589 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.