Bakı. Trend:
Rusiya Federasiyasının Tatarstan Respublikasının Menzelinsk şəhərində L-410 yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
Trend-in məlumatına görə, bu barədə "TASS"a təcili xidmətlərdəki mənbə xəbər verib.
Məlumata əsasən, təyyarənin göyərtəsində 2 pilot və 21 paraşütçü olub.
Bildirilir ki, 7 nəfər təyyarədən sağ çıxarılıb, 17 nəfərin taleyi məlum deyil.
XXX
10:54
Rusiya Federasiyasının Tatarstan Respublikasının Menzelinsk şəhərində L-410 yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
Trend-in məlumatına görə, bu barədə "TASS"a təcili xidmətlərdəki mənbə xəbər verib.
Bildirilir ki, qəza Bakı vaxtı ilə təxminən saat 10:11-də baş verib. Təyyarənin göyərtəsində 20 nəfər olub.
Digər təfərüatlar barədə məlumat verilmir.