...

Hindistanda leysan yağışları 42 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 20 Oktyabr 2021 09:13 (UTC +04:00)

Bakı. Trend:

Hindistanın şimalında yerləşən Uttarakhand ştatında üç gündür ki, davam edən güclü leysan yağışları torpaq sürüşmələrinə və daşqınlara səbəb olub.

Trend-in "Business Standard" qəzetinə istinadən verdiyi məlumata görə, leysan yağışlarının törətdiyi fəsadlar nəticəsində azı 42 nəfər həlak olub, onlarla insan itkin düşmüş sayılır.

Bildirilir ki, ştatın hakimiyyəti xilasetmə əməliyyatlarında iştirak etmələri üçün ölkənin Silahlı Qüvvələrinə müraciət edib.

Qeyd edilir ki, musson yağışları ölkənin cənubunda da davam edir. "Deccan Herald" qəzetinin ötən gün verdiyi məlumata əsasən, cənub-qərbdə yerləşən Kerala ştatında 38 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti