Bakı. Orxan Nəbiyev - Trend:
Hindistanın şimalındakı Uttarakhand ştatında qar uçqunu nəticəsində azı 11 nəfər həlak olub.
Trend-in məlumatına görə, həlak olanlar arasında alpinistlər və bələdçilər var.
Qeyd olunur ki, 17 nəfərdən ibarət qrup bir neçə dağlıq ərazidə itkin düşüb. Oktyabrın 20-dən etibarən onların axtarışları başlayıb. Həmin qrupun qar uçqununa düşdüyü məlum olub.
Bugünədək 11 meyitlə yanaşı, iki nəfər sağ tapılıb. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.