...

İraqda hərbi bazaya hücum olub

Dünya xəbərləri Materials 28 Oktyabr 2021 14:05 (UTC +04:00)
İraqda hərbi bazaya hücum olub

Bakı. Orxan Nəbiyev - Trend:

İraqın şimalındakı Ər-Rəşidiyyə bölgəsində hərbi bazaya hücum olub

Trend-in məlumatına görə, hücum nəticəsində iki hərbçi həlak olub.

Qeyd edilir ki, hücumu İŞİD terror təşkilatı həyata keçirib. Hücumun qarşısının alınması üçün hərbi təyyarələrdən istifadə edilib.

Ötən gün isə İŞİD silahlıları Diyala əyalətində kəndə hücum edərək 14 nəfəri qətlə yetirib, daha 15 nəfəri isə yaralamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti