Bakı. Trend:
BƏƏ hakimiyyəti səfiri Livandan vətəninə geri çağırıldığını elan edib.
Trend-in məlumatına görə, bu barədə Al Arabiya televiziya kanalı xəbər verib.
Hakimiyyəti orqanları, həmçinin BƏƏ vətəndaşlarına artıq Livana səyahət etməməyi tövsiyə edib.
Regional KİV-lər qeyd edib ki, bununla da BƏƏ regionda səfirini Livandan geri çağıran dördüncü ölkə olub. Belə ki, bundan öncə Səudiyyə Ərəbistanının da analoji addım atması barədə məlumat verilib.
Ər-Riyaddan sonra Bəhreyn və Küveyt də səfirlərini geri çağırıb.