...

Dünyada koronavirusdan ölənlərin sayı 5 milyonu keçib

Dünya xəbərləri Materials 3 Noyabr 2021 03:26 (UTC +04:00)
Dünyada koronavirusdan ölənlərin sayı 5 milyonu keçib

Trend-i buradan izləyin

Bakı. Trend:

Dünyada koronavirusdan ölənlərin sayı 5 milyon nəfəri ötüb.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəsmi saytında deyilir.

Məlumata əsasən, son sutka ərzində koronavirusa 347 703 nəfər yoluxub, 5 981 nəfər isə koronavirusdan ölüb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanların sayı 246 951 274 nəfər, ölənlərin sayı isə 5 004 855 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti