...

Ukrayna koronavirusa yoluxmada pik həddə çatıb

Dünya xəbərləri Materials 6 Noyabr 2021 04:52 (UTC +04:00)

Bakı. Trend:

Ukrayna koronavirusa yoluxma hallarının sayında pik həddə çatıb.

Trend-in məlumatına görə, bunu ölkənin səhiyyə naziri Viktor Lyaşko deyib.

V.Lyaşko bildirib: "Biz indi pik nöqtədəyik və gözləyirik ki, bundan sonra yoluxmaların sayı tədricən azalacaq. Bu pik həddi nə qədər tez keçəcəyimiz ukraynalıların karantin məhdudiyyətlərinə əməl edib-etməməsindən və nə qədər tez peyvənd olunmalarından asılı olacaq".

Səhiyyə naziri əlavə edib ki, ölkədə koronavirusa yoluxma hallarının sayı hər həftə iki-üç dəfə artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti