...

Yerusəlimdə silahlı hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Dünya xəbərləri Materials 21 Noyabr 2021 13:14 (UTC +04:00)
Yerusəlimdə silahlı hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Bakı. Trend:

Yerusəlimin Köhnə Şəhər adlanan ərazisində silahlı hücum baş verib.

Trend-in İsrailin "KAN" radiostansiyasına istinadən verdiyi məlumata görə, naməlum şəxs odlu silahdan insanlara atış açıb.

İnsident nəticəsində 2 dinc sakin və 2 polis əməkdaşı yaralanıb. Dinc sakinlərdən biri xəstəxanada dünyasını dəyişib.

Bildirilir ki, hücum edən şəxs polislər tərəfindən cavab atəşi ilə öldürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti