...

"Taliban"ın ABŞ və Aİ ilə danışıqlarının vaxtı açıqlanıb

Dünya xəbərləri Materials 24 Noyabr 2021 17:30 (UTC +04:00)
"Taliban"ın ABŞ və Aİ ilə danışıqlarının vaxtı açıqlanıb

Bakı. Orxan Nəbiyev - Trend:

Əfqanıstanda hakimiyyətdə olan "Taliban" hərəkatının nümayəndəri ilə ABŞ və Avropa İttifaqı (Aİ) arasında danışıqlar noyabrın 27-29-da Qətərin paytaxtı Dohada keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə "Taliban" nümayəndələri "Twitter"də yazıb.

Qeyd olunub ki, görüşlər zamanı bir sıra siyasi məsələlər, humanitar yardım, Əfqanıstanın bank ehtiyatlarının buraxılması, təhsil və səviyyə ilə bağlı məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, "Taliban" hərəkatı avqustun ortalarında Əfqanıstanda hakimiyyəti tam ələ keçirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti