...

Təl-Əviv dünyanın ən bahalı şəhəri olub

Dünya xəbərləri Materials 1 Dekabr 2021 14:01 (UTC +04:00)
Təl-Əviv dünyanın ən bahalı şəhəri olub

Bakı. Orxan Nəbiyev - Trend:

İsrailin paytaxtı Təl-Əviv 2021-ci ildə yaşamaq üçün ən bahalı şəhər hesab olunub.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın "Economist Group" şirkətinin tərtib etdiyi reytinqdə deyilir.

Qeyd olunur ki, ötən il beşinci yerdə olan Təl-Əviv bu il ilk pilləyə yüksəlib. Ekspertlərin fikrincə, bu, İsrail şekelinin ABŞ dollarına nisbətən məzənnəsinin uzun müddət yüksək qalması ilə əlaqədardır. Bu il ərzində İsrail paytaxtında mal və xidmətlərin dəyəri ötən illə müqayisədə 3,5 faiz artıb.

Ötən il reytinqdə birinci olmuş Fransanın paytaxtı Paris ikinci pilləyə geriləyib, Sinqapur isə ilk üçlüyü tamamlayıb.

Bundan başqa, ən bahalı şəhərlər sırasında ilk onluqda Sürix, Honq Konq, Nyu-York, Cenevrə, Kopenhagen, Los-Anceles, Osaka yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti