...

Bayden koronavirusa qarşı qapanma nəzərdə tutmayan yeni planını açıqlayıb

Dünya xəbərləri Materials 3 Dekabr 2021 00:11 (UTC +04:00)
Bayden koronavirusa qarşı qapanma nəzərdə tutmayan yeni planını açıqlayıb

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden qış üçün ölkədə koronavirusa qarşı ciddi sanitar məhdudiyyətlərin tətbiqini nəzərdə tutmayan tədbirlər planını təqdim edib.

Trend-in məlumatına görə, Bayden bildirib ki, bunun əvəzinə diqqətin əhalinin geniş miqyaslı vaksinasiya və revaksinasiyasına, habelə koronavirus test imkanlarının genişləndirilməsinə yönəldiləcək.

"Eyni zamanda, ABŞ sakinləri qışda soluxma sayının artacağına hazır olmalıdırlar. Mütəxəssislər bildirirlər ki, koronavirusa yoluxanların sayı qışın qarşıdakı həftələrində artmağa davam edəcək. Beləliklə, biz hazır olmalıyıq", - deyə Bayden vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti