...

İranla danışıqların iştirakçıları nüvə məsələlərinə dair mətn üzrə razılığa gəliblər

Dünya xəbərləri Materials 18 Dekabr 2021 03:51 (UTC +04:00)
İranla danışıqların iştirakçıları nüvə məsələlərinə dair mətn üzrə razılığa gəliblər

Bakı. Trend:

Vyanada İranla danışıqların iştirakçıları nüvə məsələləri ilə bağlı mətn üzrə razılığa gəliblər.

Trend-in məlumatına görə, bunu xüsusi brifinq zamanı ABŞ Dövlət Departamentinin yüksəkvəzifəli əməkdaşı deyib.

"Təvazökar tərəqqinin ikinci komponenti ondan ibarətdir ki, Aİ diplomatiyası sayəsində biz indi, xüsusən, nüvə məsələləri üzrə danışıqların əsası ola biləcək mətnin necə olacağına dair ümumi anlayışa sahibik", - deyə o, bildirib.

Yeddinci raund

Onun sözlərinə görə, Vyanada İranın nüvə sazişi üzrə danışıqların yeddinci raundu "ola biləcəyindən daha yaxşı, lakin olması lazım olduğundan daha pis" keçdi.

"Yeddinci raundun indicə başa çatan ikinci hissəsini dəyərləndirməli, o zaman deyərdim ki, ola biləcəyindən daha yaxşı, lakin olması lazım olduğundan daha pis oldu, bu da bizi əlimizdə olan qısa müddətdə ehtiyacımız olana nail olub-olmayacağımızla bağlı qeyri-müəyyən vəziyyətə saldı", - deyə yüksəkvəzifəli əməkdaş deyib.

Danışıqların növbəti raundu

Dövlət Departamenti hesab edir ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) bərpası üzrə Vyanada danışıqların növbəti raundu ilin sonuna qədər başlaya bilər, ABŞ tərəfi buna hazırdır.

"İlin sonuna qədər danışıqları bərpa edə biləcəyikmi? Əlbəttə. Biz davam etməyə hazırıq", - deyə o, qeyd edib.

Nümayəndə əlavə edib ki, İranın nüvə proqramı ilə bağlı "5 + 1" formatının iştirakçıları (Rusiya, Böyük Britaniya, Çin, Fransa və Almaniya) da eyni fikirdədirlər.

Diplomatiya seçimi

Dövlət Departamentinin yüksəkvəzifəzli əməkdaşı bildirib ki, ABŞ prezidenti Co Bayden İranın nüvə probleminin həllində diplomatiyaya üstünlük verir, lakin bunun uğursuz olacağı təqdirdə, başqa variantları araşdıracaq.

"Prezident Co Bayden İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini açıq şəkildə bildirib və şübhəsiz ki, diplomatiyaya üstünlük verir və birinci variant kimi baxır, diplomatiyanın uğurlu olmayacağı təqdirdə bütün digər variantlar nəzərdən keçiriləcək", - deyə o, bildirib.

Sanksiyaların ləğvi məsələsi

ABŞ və İran rəsmiləri potensial razılaşmanın bir hissəsi kimi ABŞ-ın hansı sanksiyalarının ləğv oluna biləcəyi ilə bağlı hələ anlaşma əldə edə bilməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti