Bakı. Trend:
Belarus Prezidenti Aleksandr Lukaşenko və Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev arasında telefon danışığı olub.
Trend-in məlumatına görə, bu barədə "BELTA"ya Belarus liderinin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, telefon danışığı zamanı tərəflər Qazaxıstandakı vəziyyəti ətraflı müzakirə ediblər.