Bakı. Trend:
Çinli alimlər 2020-ci ilin dekabrında Chang'e-5 aparatında Aydan Yerə çatdırılan süxur nümunələrində su aşkar ediblər.
Trend xəbər verir ki, alimləri apardıqları tədqiqatların nəticələri Science Advances jurnalında dərc olunub.
Materialda göstərildiyi kimi, alimlər nümunələrin milyonda 120 hissəsini (ppm) su ehtiva etdiyini hesablayıblar. Həmçinin qeyd edilir ki, Ay süxurunda suyun böyük ehtimalla günəş küləyinin təsiri altında meydana çıxıb.
Chang'e-5 aparatını Aya çatdıran Changzheng-5 raket daşıyıcısı 24 noyabr 2020-ci il tarixində Haynan adasındakı Wenchang kosmodromundan buraxılıb. Həmin il dekabrın 17-də geri qaytarılan Chang'e-5 kapsulu ölkənin şimalında yerləşən Daxili Monqolustan Muxtar Bölgəsi ərazisinə uğurla enib, cihaz 1731 qram Ay süxurunun nümunəsini Yerə çatdırıb.
Çin son 44 ildə Ayın səthindən geoloji süxurların daşınması missiyasını yerinə yetirən ilk dövlət oldu.