...

Türkiyədə zəlzələ baş verib

Dünya xəbərləri Materials 12 Yanvar 2022 05:33 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Elazığ vilayətində 4,0 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə fövqəladə halların qarşısının alınması və idarə olunması idarəsi (AFAD) bildirib.

Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 00:34-də Palu rayonunda qeydə alınıb.

Zəlzələnin ocağı 14,21 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və ya xəsarət alanlar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti