...

Braziliya koronavirusa sutkaliq yoluxanların sayına görə antirekordu yeniləyib

Dünya xəbərləri 19 Yanvar 2022 05:29
Braziliya koronavirusa sutkaliq yoluxanların sayına görə antirekordu yeniləyib

Trend-i buradan izləyin

Bakı. Trend:

Braziliyada sutka ərzində rekord sayda yeni növ koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Braziliya Səhiyyə Nazirliyinin dərc etdiyi məlumata əsasən, ötən gün ərzində 137 103 yeni yoluxma halı qeydə alınıb.

Əvvəlki pik göstərici - 150 106 yeni yoluxma halı 18 sentyabr 2021-ci ildə qeydə alınmışdır. Lakin o zaman artım Rio-de-Janeyro səhiyyə departamentinin əvvəllər uçota alınmamış koronavirus xəstələri haqqında məlumatı sisteminə daxil etməsid ilə əlaqədar idi.

Bundan sonra 2022-ci il yanvarın 14-də ötən ilin sentyabrından ilk dəfə olaraq bir gündə koronavirusa yolxanların sayı 100 mini ötüb. Rəsmi məlumata görə, son sutka ərzində ölkədə xəstəlikdən 351 nəfər ölüb,

213 milyon əhalisi olan Braziliyada təxminən 147,8 milyon insan tam peyvənd olunub. Təxminən 25,8 milyon insan revaksinasiya olunub, təxminən 14,6 milyon braziliyalı peyvənd kursunu başa vurmayıb. Dekabrın sonundan etibarən "omikron" variantı yayıldıqca yeni yoluxanların sayında artım müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti