...

BMT-nin baş katibi dünyadakı vəziyyəti soyuq müharibə dövründəkindən daha təhlükəli adlandırıb

Dünya xəbərləri 22 Yanvar 2022 00:25
BMT-nin baş katibi dünyadakı vəziyyəti soyuq müharibə dövründəkindən daha təhlükəli adlandırıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Dünya təhlükəli vəziyyətdədir, "soyuq müharibə" dövründəkindən daha xaotik və gözlənilməz vəziyyət hökm sürür.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu BMT Baş katiibi Antonio Qutteriş söyləyib.

Onun sözlərinə görə, soyuq müharibə iki blok arasında gedirdi, hər birinin öz ittifaqları var idi, bloklararası münaqişələrin qarşısını almaq üçün aydın qaydalar və mexanizmlər var idi

"Hazırda çüşahidə etdiyimiz daha xaotik və daha az proqnozlaşdırıla bilən bir şeydir, böhranlarla mübarizə aparmaq üçün alətlərimiz yoxdur. Deməli, biz heç şübhəsiz çox təhlükəli vəziyyətdəyik", - deyə baş katib qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti