Bakı. Trend:
Belçika hakimiyyəti koronavirusa qarşı məhdudiyyətlər rejimində bir sıra yumşalmalar elan edib və bunu əhalinin yüksək peyvəndlənmə göstəriciləri ilə izah edib.
Trend xəbər verir ki, ölkənin baş naziri Aleksandr De Kroo mətbuat konfransında ölkədə epidemioloji vəziyyətin çətin olaraq qaldığını etiraf etsə də, Belçikanın federal və regional hakimiyyət orqanlarının rəhbərlərinin daxil olduğu koordinasiya komitəsi koronavirusa qarşı rejimin müəyyən qədər yumşaldılmasını mümkün hesab edib.
Bununla yanaşı, ölkədə COVID-19-a yoluxma və koronavirus xəstələrinin xəstəxanaya yerləşdirilmə halları artsa da, reanimasiya şöbələrində vəziyyət məqbul olaraq qalır.
Komitə həmçinin qərara gəlib ki, martın 1-dən peyvənd sertifikatının qüvvədə qalması üçün əsas vaksinin ikinci dozasından beş ay sonra koronavirus infeksiyasına qarşı üçüncü, gücləndirici, peyvənd etmək lazımdır.