...

Dünyada koronavirusa yoluxanların sayı 349 milyonu ötüb

Dünya xəbərləri 23 Yanvar 2022 11:38 (UTC +04:00)
Dünyada koronavirusa yoluxanların sayı 349 milyonu ötüb

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı 349 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Bildirilir ki, dünyada koronavirusa yoluxanların sayı 349 154 897 nəfərə, koronavirusa yoluxanlardan 5 591 717 nəfərə çatıb.

Məlumata əsasən, ən çox yoluxma və ölüm halları ABŞ, Hindistan və Braziliyada qeydə alınıb.

ABŞ-da koronavirusa 70 497 569 nəfər yoluxub, 865 968 nəfər isə koronavirusdan vəfat edib. Hindistanda bu göstəricilər müvafiq olaraq 39 237 264 və 489 409 nəfərə bərabərdir. Braziliyada isə hazırkı dövrədək 23 931 609 yoluxma və 623 191 ölüm halı qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti