...

San-Pauluda leysan yağışları 18 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 31 Yanvar 2022 04:12 (UTC +04:00)
San-Pauluda leysan yağışları 18 nəfərin ölümünə səbəb olub

Bakı. Trend:

Braziliyanın cənub-şərqində, San-Paulu ştatında gecə saatlarında yağan leysan yağışları nəticəsində azı 18 nəfər ölüb.

Trend-in "TASS"a istinadən evrdiyi məlumata görə, bu barədə özünün "Twitter" səhifəsində ştatın qubernatoru Joau Doria yazıb.

"San-Pauluda leysan yağışların vurduğu ziyandan dərin kədərləndim. Ölən 18 nəfərin ailələrinə və yaxınlarına başsağlığı verirəm. Biz xilasetmə əməliyyatı aparırıq, zərərçəkənlərə yardım üçün vəsait ayırmışam", - deyə qubernator bildirib.

"Globo" telekanalının məlumatına əsasən, leysan yağışları daşqınlara və torpaq sürüşməsinə səbəb olub, bu da ştatın bir sıra bələdiyyələrində yaşayış binalarının çökməsi ilə nəticələnib. Yerli hakimiyyət orqanlarının sözlərinə görə, 12 saat ərzində bəzi ərazilərə təxminən 115 mm yağıntı düşüb. Ştatın eyniadlı paytaxtında ağır vəziyyətlə əlaqədar bazar günü koronavirus infeksiyasına qarşı peyvənd kampaniyası dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti