...

Ukrayna "Bayraktar" PUA-larının tətbiqi ilə hərbi təlimlər keçirəcək

Dünya xəbərləri Materials 8 Fevral 2022 07:42 (UTC +04:00)
Ukrayna "Bayraktar" PUA-larının tətbiqi ilə hərbi təlimlər keçirəcək

Bakı. Trend:

10-20 fevral tarixlərində Ukrayna "Bayraktar" pilotsuz uçuş aparatlarından istifadə ilə hərbi təlimlər keçirəcək.

Trend-in məlumatına görə, bunu ölkənin müdafiə naziri Aleksey Reznikov deyib.

"Fevralın 10-dan 20-dək Ukrayna Silahlı Qüvvələrinin "Bayraktar" pilotsuz uçan aparatları, "Javelin" raket sistemləri və "NLAW" daşına bilən idarə olunan tank əleyhinə raketlərdən istifadə etməklə təlimləri keçiriləcək", - deyə nazir bildirib.

Onun sözlərinə görə, indi Ukrayna bir çox ölkədən "əvvəllər ancaq arzuladığı" silahlar alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti