...

Putin bu gün Lavrov və Şoyqunu qəbul edəcək

Dünya xəbərləri Materials 14 Fevral 2022 15:41 (UTC +04:00)
Putin bu gün Lavrov və Şoyqunu qəbul edəcək

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiya prezidenti Vladimir Putin gün ərzində xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu ilə görüşəcək.

Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, görüşlərin gündəliyi barədə ətraflı məlumat verməyib.

D.Peskov əlavə edib ki, bu həftənin sonunadək Belarus prezidenti Aleksandr Lukaşenkonun Moskvaya səfəri planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti