...

Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə səfər edib

Dünya xəbərləri Materials 14 Fevral 2022 17:35 (UTC +04:00)
Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə səfər edib

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib.

Trend-in məlumatına görə, ölkə prezidentini geniş tərkibdə nümayəndə heyəti müşayiət edir.

BƏƏ-yə, həmçinin xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Süleyman Soylu, maliyyə, sənaye və texnologiya, ticarət, nəqliyyat və infrastruktur nazirləri və digər rəsmi şəxslər səfər edib.

Qeyd olunur ki, səfər çərçivəsində iki ölkə arasında 12 müqavilənin imzalanması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti