...

Türkiyədə işçiləri aparan avtobus qəzaya uğrayıb, yaralılar var

Dünya xəbərləri Materials 23 Fevral 2022 14:18 (UTC +04:00)
Türkiyədə işçiləri aparan avtobus qəzaya uğrayıb, yaralılar var

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin Mersin vilayətində işçiləri aparan avtobus qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 15 nəfər xəsarət alıb. Qəza zamanı avtobusda 16 nəfər olub.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, avtobusun sərnişinləri Akkuyu atom elektrik stansiyasının tikintisində fəaliyyət göstərən işçilər olub.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti