Bakı. Trend:
Ukrayna Ali Radası ölkə prezidenti Volodimir Zelenskinin bütün Ukraynada hərbi vəziyyətin tətbiq olunması barədə qərarını təsdiq edib.
Trend-in məlumatına görə, bunu parlamentin milli təhlükəsizlik, müdafiə və kəşfiyyat məsələləri üzrə komitəsinin üzvü Fyodor Venislavski deyib.
Bu qərarı Ali Radanın 300 deputatının dəstəklədiyi bildirilib.