Bakı. Trend:
Rusiya Federasiyası Prezidentinin köməkçisi, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski danışıqların ikinci raundunun nəticələrinə görə Ukrayna tərəfi ilə əldə olunan razılaşmaları mühüm irəliləyiş adlandırıb.
Trend-in məlumatına görə, чüsusilə, tərəflər əhali üçün humanitar dəhlizlər barədə razılığa gəliblər.
"Bu gün həllini tapmış əsas məsələ hərbi toqquşmalar zonasında qalmış insanların, mülki şəxslərin xilası edilməsidir. Buna görə də tərəflər - Rusiya Federasiyası Müdafiə Nazirliyinin, Ukrayna Müdafiə Nazirliyinin nümayəndələri mülki əhalinin çıxarılması üçün humanitar dəhlizlərin dəstəklənməsi rejiminin formatı, mülki əhalinin çıxarıldığı dövr üçün humanitar dəhliz sektorunda hərbi əməliyyatların mümkün müvəqqəti dayandırılması barədə razılaşıblar. Hesab edirəm ki, bu, əhəmiyyətli irəliləyişdir", - deyə V.Medinski bildirib.
V.Medinski qeyd edib ki, danışıqlar zamanı tərəflər üç məsələ blokunu - hərbi, beynəlxalq-humanitar və münaqişənin gələcək siyasi həlli məsələsini müzakirə ediblər. "Mövqelər tamamilə aydındır. Biz onların bəziləri üzrə qarşılıqlı anlaşma əldə edə bildik", - o deyib.