...

Avstraliyada daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib

Dünya xəbərləri Materials 10 Mart 2022 07:42 (UTC +04:00)
Avstraliyada daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib

Bakı. Trend:

Avstraliya əhalisinin ən sıx məskunlaşdığı Yeni Cənubi Uels ştatının bəzi hissələrinə yağan güclü yağış yerli qurumları fövqəladə vəziyyət elan etməyə və minlərlə insanın təxliyəsi barədə göstəriş verməyə vadar edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Sidney polisi şəhərin qərbində su kanalında iki nəfərin cəsədi olan avtomobilin aşkarlanaraq çıxarıldığını bildirib.

Avstraliyanın Meteorologiya Bürosu Yeni Cənubi Uelsin bəzi bölgələrində həyati təhlükə yaradan daşqınlar barədə xəbərdarlıq edib. Sidneydə 100 millimetrə yağıntı düşüb.

Avstraliyanın şərq sahillərində son iki həftə ərzində qeyri-adi uzun müddət müşahidə olunan leysan yağışları və daşqınlar qeydə alınmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti