...

"Halliburton" şirkəti Rusiyadakı fəaliyyətini dayandırdığını açıqladı

Dünya xəbərləri Materials 19 Mart 2022 05:46 (UTC +04:00)
"Halliburton" şirkəti Rusiyadakı fəaliyyətini dayandırdığını açıqladı

Bakı. Trend:

ABŞ-ın "Halliburton" neft xidməti şirkəti Rusiyadakı əməliyyatların dərhal dayandırıldığını açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə şirkətin saytında qeyd olunub.

Şirkət qeyd edib ki, onun Rusiya Federasiyası ərazisində birgə müəssisələri yoxdur. Rusiyaya ehtiyat hissələri və məhsulların çatdırılması bir neçə həftə əvvəl "Halliburton" tərəfindən dayandırılıb.

Qeyd edək ki, "Halliburton" dünyada ikinci ən böyük neft-mədən xidmətləri şirkəti və ABŞ-da neft sənayesi üçün ən böyük avadanlıq təchizatçısıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti