...

İranda daha 72 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 19 Mart 2022 15:03 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 1 323 nəfər koronavirusa (COVID-19) yoluxub, 72 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 139 550 nəfərə, yoluxanların sayı isə 7 139 217 nəfərə çatıb. Virus daşıyıcılarından 2 082 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 6 817 172 nəfər koronavirusdan sağalıb, 48,6 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 146 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 63,7 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 56,5 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 25,6 milyon təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti