Bakı. Trend:
Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar martın 21-də bərpa oluna bilər.
Trend-in məlumatına görə, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Aretoviç Ofis rəhbərinin müşaviri, Ukrayna nümayəndə heyətinin üzvü Mixail Podolyakın sözlərinə istinadən bildirib.
"Mixail Podolyakın sözlərini sitat gətirərək, danışıqlar sabah (martın 21-də - red.) bərpa oluna bilər", - deyə A.Arestoviç qeyd edib.