...

Aİ Ukraynadan olan qaçqınların qəbulu ilə bağlı kvota tətbiq etməyəcək

Dünya xəbərləri Materials 23 Mart 2022 00:56 (UTC +04:00)

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Ukraynadan olan qaçqınların qəbulu ilə bağlı kvota tətbiq etməyəcək.

Trend UNİAN-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının daxili işlər üzrə komissarı İlva Yohansson bildirib.

Onun sözlərinə görə, hazırda həmrəylik platforması yaradılıb və həftədə iki dəfə Komissiya və hökumətlərlə görüşlər keçirilərək vəziyyət müzakirə edilir.

"Üzv dövlətlər nə qədər insanı qəbul edə biləcəklərini deyə bilirlər. Digər üzv-dövlətlər ehtiyaclarının nədən ibarət olduqlarını deyirlər. Bu, məcburi kvotalar olmadan vəziyyətə yanaşmanın yeni üsuludur", - İ.Yohansson bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti