...

Ekvador sahillərində güclü zəlzələ olub

Dünya xəbərləri Materials 27 Mart 2022 10:34 (UTC +04:00)
Ekvador sahillərində güclü zəlzələ olub

Bakı. Trend:

Ekvador sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Santo Dominqo de los Kolorados şəhərindən 135 kilometr şimal-qərbdə, ocağı isə 40 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti