...

Ukrayna və Rusiya arasında əyani danışıqların növbəti raundu Türkiyədə baş tutacaq

Dünya xəbərləri Materials 27 Mart 2022 19:05 (UTC +04:00)

Bakı. Trend:

Ukrayna və Rusiya nümayəndə heyətləri arasında üzbəüz danışıqların növbəti raundu 28-30 mart tarixlərində Türkiyədə baş tutacaq.

Trend-in məlumatına görə, bunu özünün "Facebook" səhifəsində Ukrayna nümayəndə heyətinin üzvü, "Xalqın xidmətçisi" parlament fraksiyasının rəhbəri David Araxamiya yazıb.

"Bu gün videobağlantı vasitəsilə danışıqların növbəti raundunda nümayəndə heyətləri arasında növbəti əyani danışıqların 28-30 mart tarixlərində Türkiyədə keçirilməsi qərara alınıb", - deyə D.Araxamiya bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti