...

Rusiyanın Belqorod vilayətində mərmi partlayıb, yaralananlar var

Dünya xəbərləri Materials 29 Mart 2022 23:58 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Belqorod vilayətində müvəqqəti hərbi şəhərcikdə mərmi partlayıb.

Trend-in məlumatına görə, bu barədə "TASS"a təcili xidmətlərdəki mənbə xəbər verib.

Məlumata əsasən, insident nəticəsində 4 hərbçi yaralanıb.

Daha əvvəl Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, hadisə Krasnıy Oktyabr kəndi yaxınlığında baş verib. Onun sözlərinə görə, kənd sakinləri arasında ölən və xəsarət alan yoxdur. Yaşayış məntəqəsinin ərazisinə heç bir ziyan dəyməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti